BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ciddi bir adam lazımdır bütün bu hoppanıb-düşən dövlətlərin üstünə bərkdən bağırıb, hamısını yerində dinc oturtsun"

“O diplomatiya deyilən şey nəyə lazımdır əgər hər kəs məsələləri müharibə ilə həll edəcəkdisə? Tramp düz deyir ki, Bayden dünyanı Üçüncü Dünya müharibəsi astanasına gətirib. Ciddi bir adam lazımdır bütün bu hoppanıb-düşən dövlətlərin üstünə bərkdən bağırıb hamısını yerində dinc oturtsun”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

 

“Hərəsi özünə bir tarix və pərəstişin həftəbecər qarışığı olan dövlətçilik ideologiyası qoşub xəyalən öz suveren kainatında yaşayır. Sonra da insanları "müqəddəs" müharibələrdə qırdırır. Orası da var ki, bunların hamısını yerində oturda biləcək ABŞ yaxın keçmişdə etdiyi işlərlə (Kosovo, İraq) ona aid idealları sarsıtdı. Amma indi Amerikada da, dünyada da müharibələrə nifrət edənlərin ayılması vacibdir.  Teokratiyalar, diktaturalar, kiçik bir beynəlxalq dəstənin nəzarətinə keçmiş demokratiyalar - hamısı dünyanın ən böyüq həqiqi Respublikasından ya ciddi şəkildə sülh və diplomatiya xəbərdarlığı almalı, ya da hamının hamıya qarşı vuruşduğu xaos genişlənəcək. Bu xaosun qalibi olmaya da bilər”,  - İ.Məmmədov qeyd edib.

Tarix: 29 Yanvar 2023, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin