BURADA REKLAMINIZ OLA
BİLƏR

Hindistanda nazir polis tərəfindən güllələnib

Hindistanın şərqindəki Odişa ştatının səhiyyə naziri Naba Kişore Das bazar günü polis tərəfindən bir neçə dəfə güllə yarası alaraq xəstəxanada ölüb.

 

Bu barədə yaralının aparıldığı Bhubanesvardakı "Apollo Hospital" məlumat yayıb.

 

Həkimlərin sözlərinə görə, güllə nazirin ürəyinə dəyib və daxili qanaxmaya səbəb olub. "Ürək fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Ona reanimasiya şöbəsində təcili yardım göstərilib. Lakin bütün cəhdlərə baxmayaraq, yaralını reanimasiya etmək mümkün olmayıb və aldığı xəsarətlərdən dünyasını dəyişib", - xəstəxananın açıqlamasında deyilir.

 

Bazar günü günortadan sonra polis müfəttişinin köməkçisi Qopal Das ştatın kütləvi tədbirə gedən səhiyyə naziri avtomobilindən düşən zaman ona çoxsaylı atəş açıb. Atəş açan şəxs dərhal həbs edilib.

 

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Tarix: 30 Yanvar 2023, 01:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin