BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: Maskaları cırılan cənub qonşumuz riskli oyunlar oynayır

“Regionda yeni düzən formalaşır. Yeni terror riski və İrana etimadın olmaması səbəbindən Azərbaycan Tehrandakı səfirliyini bağlamaq məcburiyyətində qaldı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Deputat əlavə edib ki, İrəvan ilə qardaşlaşan Tehran müsəlman Azərbaycan dövlətinin İrandakı səfirliyinin təhlükəsizliyi təmin etmədi və etmir: “Maskaları cırılan cənub qonşumuz riskli oyunlar oynayır. Risk etmək isə heç də hər zaman sonda şampan içmək anlamına gəlməməlidir. Azərbaycan tərəfdaşları əməkdaşılığı genişləndirir. Tezliklə Azərbaycanın İsraildəki səfirliyi öz işinə başlayacaq. Bu yeni əməkdaşlıq platformasıdır. Qazanan region olacaq. İtirən isə terroru maliyyələşdirənlər”.

 

Kənan

Tarix: 30 Yanvar 2023, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin