BURADA REKLAMINIZ OLA
BİLƏR

Qulinin təklifi ilə taclandırılan “qanuni oğru” tutuldu

Özbəkistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya və ABŞ-ın tələbi ilə İnterpol xətti ilə axtarışda olan 43 yaşlı keçmiş “qanun oğru”Rafet Əmirovu saxlayıblar.

 

Pravda.az-ın xəbərinə görə, Rusiyanın təhlükəsizlik qüvvələri Əmirovun 2010-cu ildə Moskvada törədilmiş bir adamın qətlində əli olmaqda şübhələnirlər. Onların ABŞ-dakı həmkarları onu iranlı müxalifətçinin qətlini təşkil etdiyinə görə axtarılır. Əmirova qarşı ifadəni yanvarın 4-də Çexiyada saxlanılan şəriki Polad Ömərov verib.

 

Rafetə 2014-cü ildə Azərbaycanın əsas “qanun oğru”su Nadir Səlifovun (Quli) təklifi ilə tac qoyulub. Amma Türkiyədə qətlə yetirildikdən sonra Əmirov Quli klanından olan yoldaşları tərəfindən taxtdan salınıb, döyülüb və oğru ailəsindən çıxarılıb.

 

Lent.az

Tarix: 30 Yanvar 2023, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin