BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisi bıçaqlayan şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində Qəbələdə xuliqanlıqda təqsirləndirilən Vaqif Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə rayonun Böyük Pirəli kəndində yerləşən mağazaların birinin qarşısında baş verib. Həmin mağazadan çıxan Aydınqışlaq kənd sakini Vaqif Quliyev ərazidə xidmət aparan Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) müştəntiqi, polis baş leytenantı ilə Qalib Vəliyevlə (şərti) mübahisə edib. Vaqif Quliyev polis zabitinin ona və fiziki məhdudiyyətli övladlarına baxaraq güldüyünü əsas gətirib və DİN əməkdaşını söyüb.

 

Polis əməkdaşı isə ona öz iradını bildirib və ictimai yerdə nizam-intizama əməl etməyə çağırıb. Buna baxmayaraq Vaqif Quliyev polis baş leytenantının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirib. Daha sonra o, "VAZ-21099" markalı avtomobilinə əyləşib və nəqliyyat vasitəsini qəsdən polis əməkdaşının və onun "Mercedes-Benz" markalı maşınının üzərinə sürüb. O, polis zabitinə daha ağır xəsarət yetirmək istəyib.

 

Hadisə yerinə Qəbələ RPŞ-nin polis nəfəri, polis serjantı Elmin Quliyev (şərti) gəlib. Vaqif Quliyev həmin polis əməkdaşına mətbəx bıçağı ilə xəsarət yetirib.

 

Xuliqanlıq əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və Qəbələ RPŞ-nə gətirilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi İttiham irəli sürülüb.

 

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay  27 gün müddətinə azadlıqdan məhrum edilib. Daha Vaqif Quliyev hökmdən apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 30 Yanvar 2023, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin