BURADA REKLAMINIZ OLA
BİLƏR

Üç nəfər dəm qazından boğulub, ölənlər var

Saray qəsəbəsində dəm qazından iki nəfər zəhərlənərək ölüb.

 

Hadisə Saray qəsəbəsində qeydə alınıb.

 

1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.

 

Hələlik adı və soyadı naməlum üçüncü şəxs isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar./APA

Tarix: 31 Yanvar 2023, 07:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin