BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda ağır qəza ilə bağlı cinayət işi açıldı - TƏFƏRRÜAT

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, rayonun Balakənd kənd sakini, 1992-ci il təvəllüdlü Xanəliyev İsrəfil Xanlar oğlu yanvarın 30-u saat 21 radələrində Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayonunun Qalağayın kəndindən keçən hissəsində idarə etdiyi "Mercedes E220" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın qarşıdan gələn 1954-cü il təvəllüdlü Hüseynov Lətif Hüseyn oğlunun idarə etdiyi "KamAZ-5320" markalı yük avtomobili ilə toqquşub. Nəticədə sürücüsü İsrafəli Xanəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Xanəliyev Sərraf Adil oğlu, 1999-cu il təvəllüdlü Xanəliyev Mehti Adil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Fakta görə Sabirabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 31 Yanvar 2023, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin