BURADA REKLAMINIZ OLA
BİLƏR

Turizm şirkətlərinin aldatdığı vətəndaş nə etməlidir? - AÇIQLAMA

““Turizm haqqında” qanun qəbul ediləndən sonra turizm şirkətlərinin fəaliyyətlərinə nəzarətin güclənməsi müşahidə olunur. Turizm şirkətləri tərəfindən vətəndaşların aldadılması halları varsa, vətəndaş məhkəməyə, yaxud Dövlət Turizm Agentliyinə müraciət etməklə problemin həllinə çalışa bilər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov turizm şirkətləri barədə şikayətlərin artmasına münasibət bildirərkən deyib.

“Amma etiraf etmək lazımdır ki, qanunvericiliyin təkmilləşməsi nəzarətin gücləndirilməsinə imkan yaradıb. Məsələn, biletlər hazırda paket formasında satılır. Vətəndaş, hətta yay ayları üçün paket (bilet və qalma daxil olmaqla) ala bilir. Daha böyük sifarişlər olanda biletlərə güzəştlər tətbiq edilir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 31 Yanvar 2023, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin