BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda partiya sədrinin müavininə qarşı dələduzluq edilib? - İDDİA

Gələcək Azərbaycan Partiyasının (GAP) sədr müavini Aslan Həmidliyə dələduzluğa məruz qaldığını iddia edir.

 

Pravda.az-ın xəbərinə görə, A.Həmidli bu barədə özü məlumat verib.

“Özünü Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Rəşad İsmayılovun xalası oğlu kimi təqdim edən Roman Məmmədov məndən aldığı pulu qaytarmır.  O, özünü metal alverçisi, böyük iş adamı kimi, bəzi hallarda isə bank əməkdaşı, “Lombard” sahibi kimi təqdim edərək vətəndaşları aldadır. Şəxsən mənim etibarımdan sui-istifadə edərək “sabah nişanımdır, pul şirkətimin hesabına həftənin birinci günü yüklənəcək, qızıl almağa 15700 manat pul çatmır, mənə birinci günə qədər nə köməklik edə bilərsən?” deyərək məndən üzərimdə olan 1700 manat pulu aldı. Mən də “əl tutmaq savabdır” deyə verdim. Dekabr ayının 2-də “iki gün sonra qaytarmaq” adı ilə aldığı pulu hələ də qaytarmır. Min bir bəhanə və yalan uydurur. Mütamadi olaraq “28 Mall” və “Gənclik Mall”da yerləşən “Etiler” restoranında olan bu şəxs özünü restoranın şəriki kimi də təqdim edir…”

 

Saytımızın əməkdaşı iddialara münasibət öyrənmək üçün Roman Məmmədova zəng etsə də, onunla əlaqə yaratmaq mümkün olmayıb.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Aytəkin Qardaşova

Tarix: 31 Yanvar 2023, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin