BURADA REKLAMINIZ OLA
BİLƏR

"Çin uduzan Rusiyanın yanından uzaqlaşır"

Çin lideri Si Cinpin Ukraynadakı müharibədə uduzan tərəfdə olmaq istəmədiyi üçün Rusiyaya tam dəstək verməkdən uzaqlaşmağa çalışır.

 

Pravda.az xəbər verir ki, bunu “The Washington Post”un köşə yazarı Maks But yazıb.

 

“Pekin ABŞ-ın Ukrayna üçün oynadığı rolu Rusiya üçün də oynaya bilər. Əgər bu baş versəydi, Rusiyanın qalib gəlmə şansı artacaqdı. Lakin bu baş vermədi. Bu onu deməyə əsas verir ki, Putin və Cinpinin Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan bir neçə həftə əvvəl elan etdikləri hüdudsuz dostluğun əslində aydın sərhədləri var. Çin Rusiya ilə ticarət etmək istəyir və ən böyük idxal mənbəyidir. Lakin eyni zamanda, Si Cinpin sırf Putinin tərəfində qalmağa hazır deyil. O, Rusiya ilə Qərb arasında balans yaratmağa çalışır ki, bu da Ağ Ev tərəfindən təsir imkanları yaradır”, - müəllif qeyd edib.

 

Xəyal Quliyev

Tarix: 31 Yanvar 2023, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin