BURADA REKLAMINIZ OLA
BİLƏR

Niyaməddin Musayev: “Cənubi azərbaycanlıların ayağa qalxması çox yaxşı olar, illərdir, əsarət altında qalıblar...”

“Azərbaycanın İrandakı səfirliyində törədilən terror hadisəsi bütün dünyaya əyan oldu. Əlbəttə ki, İranın bizə qarşı bu hərəkəti qəbuledilməzdir. Onsuz da İran bizə düşmənçilik edirdi. Orada yaşayan soydaşlarımızla birik, bir millətik. O molla rejimi bir dövlət kimi dövlət də deyil. İnsanların hüquqlarını, azadlığını əllərindən alıb. Orda heç təhsil də, Azərbaycan dilli məktəb də yoxdur. Halbuki 40 milyon azərbaycanlı yaşayır. Onların nə məktəbləri var, nə bir şeyləri. Heç hüquqları da qorunmur. Təbrizdə konsulluğumuzu saxlamaqla çox düz etdik. Bəli, Cənubi azərbaycanlılarımızın ayağa qalxması çox gözəl olar. İllərdir ki, əsarət altında qalıblar…”

 

Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın Xalq artisti, Azərbaycan milli estradasının banisi Niyaməddin Musayev deyib.

 

“İranda ermənilərin məktəbləri var. Onlar üçün hər şey təşkil edilib. Amma Cənubi Azərbaycan üçün... Deməli, İran istəmir ki, Azərbaycan inkişaf etsin, bütöv Azərbaycan olsun. Azərbaycana qarşı düşmənçilik edir. Bir sənət adamı kimi bütün Azərbaycan xalqına çağırış edirəm ki, birliyi təmin etsinlər. Vaxtilə “Təbrizim” mahnısı oxumuşam. Allahın izni ilə bu yaxınlarda bir də oxuyacağam. Musiqisi Musa Musayevindir. Amma ilk ifaçısı mən olmuşam. Əli Tudənin sözlərinə nə qədər nəğmələr yazmışam. “Vətən həsrəti” – hamısı var. Yenidən yada salmaq, birlik yaratmaq üçün bir daha çağırış edəcəyəm. Əlbəttə, istəyirəm ki, o taylı-bu taylı bütöv Azərbaycanın birliyi olsun. İstər o tayda, istər bu tayda - hər bir azərbaycanlıya vətənpərvərlik arzulayıram. Bütöv Azərbaycan olmasını arzulayıram”, - Xalq artisti bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 31 Yanvar 2023, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin