BURADA REKLAMINIZ OLA
BİLƏR

Saakaşvili huşunu itirdi, vəziyyəti ağırdır

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün səhər saatlarında huşunu itirib.


Pravda.az xəbər verir ki, bu barədə Saakaşvilinin anası Giuli Alasaniya məlumat yayıb.
 

Onun sözlərinə görə, oğlunun vəziyyəti çox ağırdır.


“Saakaşvili koronavirus keçirib. Onun hələ də yüksək temperaturu var və tərpənə bilmir. Saat 3-4 radələrində vanna otağında olarkən huşunu itirib. Palatada heç kim olmayıb. Bu gün həkimlər gəlib onu müayinə etdilər. Çox zəifləyib”, - Alasaniya bildirib.


Qeyd edək ki, bu gün Mixail Saakaşvilinin reanimasiyaya köçürüləcəyi ilə bağlı məlumat yayılmışdı. 

 

Xəyal Quliyev 

Tarix: 31 Yanvar 2023, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin