BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Zahidin hesabı bloklandı, "Təkərdə" şou yarımçıq qaldı - VİDEO

“Təkərdə” şousunun layihə rəhbəri, aparıcı Azər Zahidin TikTok səhifəsi bağlanıb.

 

Pravda.az OLAY-a istinadla yazır ki, o, müəlifi olduğu realiti şounun canlı yayımını edərkən hesabı bloklanıb. Həmin anlar izləyicilər tərəfindən lentə alınıb. Kadrlardan görünür ki, 25 minə yaxın insan birbaşa yayımı izləyir və onlarla jeton göndərir.

 

Qeyd edək ki, tərəflər arasında qalmaqal bir neçə həftə əvvəl başlayıb. S. Eyvazov canlı yayımlarında Azərin hesabını bağlatdıracağı barədə fikirlər səsləndirmişdi.

 

Səfərin ötəngünkü canlısında səsləndirdiyi iddialara görə, Azər yayımı zamanı onun canlısına spam atıb, hesabını bağlatdırana 1000 manat pul mükafatı verəcəyini söyləyib.

Tarix: 31 Yanvar 2023, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin