“Pandemiya dövründə əsas məsələlərdən biri də sərhədlərin bağlanması idi. Çünki zaman keçdikcə ümumi yoluxanların sayında azalmalar müşahidə olunurdu. Sərhədlərini tez açan dövlətlərdə isə əksinə oldu. Həmin ölkələrdə xəstəliyin artmasının, virusun digər formalarının daha geniş yayılmasının şahidi olduq. Bu, özündə bir neçə məsələni ehtiva edir. Birincisi, quru sərhədləri bağlı saxlamaqla əhali arasında pandemiyanın çox geniş dalğalarının yayılmasının qarşısını almış olduq. İkinci məsələ dəyişən dünyada yeni reallıqlar və Azərbaycanın post-müharibə dövründə yaratdığı yeni geosiyasi konfiqurasiya idi. Bir çox dövlətlərin, hətta qonşu saydığımız Ermənistanla bərabər İranın, digər marağı olan dövlət və qrupların Azərbaycanla bağlı planlarının qarşısını almaq üçün dövlətimiz çox önəmli, vacib addımlar atdı. Bizim görə bilmədiyimiz məsələlər var ki, müvafiq dövlət orqanları ölkə başçısının rəhbərliyi altında hər birini müzakirə edir. Risklər, baş verə biləcək ekstremal hadisələr fonunda əsasən dövlətimizin dayaqlarının qorunması, əhalimizin təhlükəsizliyinin təmin edilməsi kimi bir çox məsələlər var. Bir daha əmin olduq ki, quru sərhədlərin hələ də bağlı olması çox düzgün addımdır. İranla son zamanlar baş verən hadisələr və digər sərhəd məsələləri onu deməyə əsas verir ki, dövlətimiz bu riskləri görüb, düzgün hesablayaraq çox doğru addımlar atıb...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, quru sərhədlərin bağlı olması iqtisadiyyata bu və ya digər formada ziyanlar da vura, ölkəmizə insan axınının gəlməsində kiçik də olsa problemlər yarada bilər: “Amma əhalinin təhlükəsizliyi, sağlamlığı, sabitlik bu gün Azərbaycan dövlətinin qarşısında duran ən ümdə, əsas məsələlərdən biridir. Dövlətimiz üzərinə düşən bu vəzifənin öhdəsindən layiqincə gəlir. Koronavirus pandemiyasından sonra dünyanın, demək olar, bütün ölkələri öz əhalisini qorumaq üçün müxtəlif qadağalara getdilər. Sərhədlər bağlandı. Buna baxmayaraq, pandemiyanın hər yerə sirayət etməsi həm də dünya tibb elminin hazırlıqsız olduğunu götərdi. Eyni anda bir çox dövlətlərin qabaqlayıcı işlər görməməsi ucbatından daha çətin durum yarandı. Cənab Prezident İlham Əliyevin çevik reaksiyası və verdiyi tapşırıqlar nəticəsində Azərbaycan bir çox məsələdə dünya ölkələrinə nümunə oldu. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyinin bəyanatlarında da gördük. Cənab Prezidentin təklifi ilə BMT-nin xüsusi iclasının çağırılması, bütün dünyanın birləşərək mübarizə aparması, pandemiyaya qalib gəlməsi məsələsinə ölkəmiz qlobal anlamda töhfə verdi”.
Aytəkin Qardaşova
25 Mart 00:22
25 Mart 00:19
25 Mart 00:06
25 Mart 00:03
24 Mart 23:58
24 Mart 21:43
24 Mart 21:15
24 Mart 20:45
24 Mart 20:13
24 Mart 19:54
24 Mart 19:10
24 Mart 18:16
24 Mart 18:09
24 Mart 17:22
24 Mart 17:05
24 Mart 16:37
24 Mart 16:33
24 Mart 16:27
24 Mart 16:16
24 Mart 16:03
24 Mart 15:50
24 Mart 15:41
24 Mart 15:37
24 Mart 15:19
24 Mart 14:55
24 Mart 14:28
24 Mart 14:06
24 Mart 13:55
24 Mart 13:37
24 Mart 13:24
24 Mart 13:16
24 Mart 12:45
24 Mart 12:22
24 Mart 11:58
24 Mart 11:55
24 Mart 11:47
24 Mart 11:35
24 Mart 11:20
24 Mart 11:10
24 Mart 11:09
24 Mart 11:04
24 Mart 11:01
24 Mart 10:57
24 Mart 10:55
24 Mart 10:48
24 Mart 10:46
24 Mart 10:43
24 Mart 10:42
24 Mart 09:59
24 Mart 09:58
24 Mart 09:56
24 Mart 09:46
24 Mart 09:15
24 Mart 09:14
24 Mart 08:48
24 Mart 08:45
24 Mart 08:41
24 Mart 08:34
24 Mart 00:43
24 Mart 00:28
24 Mart 00:21
23 Mart 23:34
23 Mart 23:17
23 Mart 23:02
23 Mart 23:00
23 Mart 22:36
23 Mart 22:31
23 Mart 22:29
23 Mart 22:22
23 Mart 22:18
23 Mart 22:17
23 Mart 21:19
23 Mart 21:15
23 Mart 21:13
23 Mart 21:01
23 Mart 20:56
23 Mart 20:45
23 Mart 20:34
23 Mart 19:02
23 Mart 17:49
23 Mart 17:47
23 Mart 17:42
23 Mart 17:18
23 Mart 17:13
23 Mart 16:40
23 Mart 16:15
23 Mart 15:42
23 Mart 15:25
23 Mart 15:08
23 Mart 14:15
23 Mart 14:06
23 Mart 14:01
23 Mart 13:51
23 Mart 13:44
23 Mart 13:00
23 Mart 12:40
23 Mart 12:36
23 Mart 12:19
23 Mart 12:14
23 Mart 12:09
23 Mart 12:06
23 Mart 12:04
23 Mart 12:00
23 Mart 11:47
23 Mart 11:38
23 Mart 11:32
23 Mart 11:30
23 Mart 11:27
23 Mart 11:22
23 Mart 10:47
23 Mart 10:46
23 Mart 10:41
23 Mart 10:28
23 Mart 10:23
23 Mart 09:13
23 Mart 09:11
23 Mart 09:08
23 Mart 09:05
23 Mart 09:00
23 Mart 06:15
23 Mart 06:12
23 Mart 06:05
23 Mart 06:00
23 Mart 05:51
23 Mart 05:42
23 Mart 05:40
23 Mart 01:30
23 Mart 01:26
23 Mart 01:23
23 Mart 01:17
23 Mart 01:16
22 Mart 23:19
22 Mart 23:08
22 Mart 22:36
22 Mart 22:18
22 Mart 22:09
22 Mart 21:48
22 Mart 21:15
22 Mart 20:53
22 Mart 20:50
22 Mart 20:47
22 Mart 20:46
22 Mart 20:23
22 Mart 20:12
22 Mart 20:02
22 Mart 19:47
22 Mart 19:44
22 Mart 19:01
22 Mart 18:38
22 Mart 18:37
Ən son xəbərləri səhifəmizdən də izləyin