BURADA REKLAMINIZ OLA
BİLƏR

“İrandan idarə edilənlər Azərbaycan mediasında ayaq açıb yeriyə bilməməlidirlər...” – RƏY

“Yəqin ki, Daxili İşlər Nazirliyi tərəfindən “SalamNews” informasiya agentliyi və “İnteraz” telekanalında əməliyyat keçirilməsi ilə bağlı daha ətraflı məlumatlar rəsmi şəkildə təqdim ediləcək. Bundan sonra daha dəqiq dəyərləndirmə verə bilərik. Təkcə “İnteraz”, “SalamNews” deyil, Azərbaycanda bir çox media qurumlarında İrana rəğbətilə seçilən, fərqlənən şəxslər həmişə gözə dəyib. Onlar şəbəkələşib, hətta ayrı-ayrı media qurumları təşkil ediblər. Həmin media qurumlarına qarşı Azərbaycan dövləti qanun çərçivəsində tədbir görəndə isə özlərini “siyasi məhbus”, “basqı altında olan vətəndaş” kimi təqdim ediblər. Hətta dəfələrlə olub ki, özüm beynəlxalq tədbirlərdə, xarici ölkələrdə bu cür şəxslərlə bağlı məsələlərə cavab verməli olmuşam. Hətta iş o qədər irəli gedib ki, ABŞ kimi bir dövlətin rəsmi təmsilçisi belə İrana bağlı bu şəxslərin “siyasi məhbus” olduğunu iddia edib. Ona açıqlama vermək məcburiyyətində qalmışam ki, bu adamlar iddia edildiyi kimi azad media, jurnalistika fəaliyyəti ilə məşğul deyillər. Onlar konkret olaraq “İran” adlı dövlətin xüsusi xidmət orqanlarına bağlıdırlar və Azərbaycan ərazisində İrana bənzər bir dövlət quruluşunun təşkili üçün çalışırlar, yəni Azərbaycanın dünyəvi dövlət quruluşunu devirib, yerində fars-molla rejiminin dövlət quruluşuna bənzər teokratik, hətta məzhəbçi bir sistem qurmağa çalışırlar. Bu izahları verəndən sonra amerikalılar, Qərb siyasətçiləri də başa düşüblər ki, məsələ nə yerdədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Azər Həsrət: Milli Şura adı altında fəaliyyət göstərən qruplaşma  ölkəmizdəki dayanıqlı sabitliyi pozmağa çalışır - AZƏRTAC

A.Həsrət bildirib ki, Azərbaycan uzun illər bu məsələlərdən əziyyət çəkib: “Mən də bu proseslərdə olmuşam. Həmişə həyəcan təbili çalmışam ki, fars-molla rejiminə bağlı, Qumdan idarə edilən şəxslər Azərbaycan mediasında, siyasi təşkilatlarında, vətəndaş cəmiyyətində ayaq açıb yeriyə bilməməlidirlər, onların qarşısı alınmalıdır. Təəssüf ki, bu çağırışlarımıza vaxtında o qədər də qulaq asılmadı. Buna görə də elə bir vəziyyətə gəlib çatmışıq ki, artıq böyük bir şəbəkə ilə üz-üzəyik. İndi dövlətimizin atacağı bütün addımların arxasındayıq. Düşünürük ki, gec də olsa, o cümlədən mediada da təmizləmə əməliyyatı aparılmalıdır. Bir media qurumu özünü Azərbaycanın media qurumu kimi təqdim edirsə, onda Azərbaycan Konstitusiyası, qanunları, eləcə də Azərbaycan dövlətinin cızdığı çərçivə daxilində, Azərbaycan vətəndaşları üçün, onların xeyrinə fəaliyyət göstərməlidir, İranın fars-molla rejiminin Qumdan verilən təlimatları əsasında yox. Məzhəbçilik, gərəksiz yerə dinçilik etməməlidir. Azərbaycan dünyəvi dövlətdir və buna uyğun davranılmalıdır. Yeri gəlmişkən, məsələ təkcə media ilə bitməməlidir. Özünü “İslam təşkilatı” adlandıran, bu və ya digər şəkildə “İslamçı” kimi görünməyə cəhd edən, faktiki olaraq İranın fars-molla rejiminin ideologiyasına söykənən siyasi-ictimai təşkilatlarla da bağlı dövlətin qəti addımlar atmasının vaxtı çatıb”.

 

Aytəkin Qardaşova 

Tarix: 1 Fevral 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin