BURADA REKLAMINIZ OLA
BİLƏR

Qızını öldürən ata ilə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Salam Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırlatma: Ötən il fevralın 15-də Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib ki, qızını namus üstündə öldürüb. O bildirib ki, Zəminə Mehtiyeva öz həyat yoldaşı ilə birlikdə yaşamasa da, boşanmayıb. Salam Cəfərov söyləyib ki, qızının kirvəsinin oğlu ilə sevgi münasibətləri olub, bir neçə dəfə qadını gecə vaxtı həmin şəxsin avtomobilinə minib-düşdükdə görüb.

 

Kamal Məmmədov

Tarix: 1 Fevral 2023, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin