BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını öldürmək istəyən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Şükran Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci ilin oktyabrında paytaxtın Nərimanov rayonunda eydə alınıb.

 

Belə ki, Ş.Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tural Heydərova məişət təyinatlı bıçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.

 

Ş.Əliyev Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 1 Fevral 2023, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin