BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvi təklif olundu

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvi təklif olunub.

 

Pravda.az-ın xəbərinə görə, belə təkliflə Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Elman Nəsirov bildirib.

 

Deputat Tehrandakı səfirliyimizə hücumun beynəlxalq terror əməli olduğunu vurğulayıb: “Hədəf olaraq isə Azərbaycan dövləti, xalqı seçilib. Bu terrora cavab olaraq Azərbaycanın İrandakı səfiri geri çağırıldı. Milli Məclis də analoji addım ataq və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ləğv edək”.

Tarix: 1 Fevral 2023, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin