BURADA REKLAMINIZ OLA
BİLƏR

Taleh Kazımov: Depozit faizlərindən vergi tutulması kredit faizlərinə təsir edə bilər

Azərbaycan Mərkəzi Bankı depozit gəlirlərinə tətbiq olunan vergininin maliyyə bazarına necə təsir edəcəyini açıqlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

 

O qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub. Bu dövr artıq başa çatıb. Bu verginin tətbiqi qanunvericiliyin tələbidir: "Bu əmanətlərdə hər hansı təhdid yaratmır. Təhlillər göstərir ki, depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək. Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik. Biz gözləyirik ki, depozitlərin banklardan çıxmaması üçün faizlər vergi faizi nisbətində artırılacaq".

 

Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev isə əlavə edib ki, AMB əmanət faizlərinin vergiyə cəlb edilməsinin maliyyə sabitliyinə və əmanətlərin həcminə ciddi təsir göstərməyəcəyi qənaətindədir.

 

APA-Economics

Tarix: 1 Fevral 2023, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin