BURADA REKLAMINIZ OLA
BİLƏR

Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirilib.

 

Məsələ ilə bağlı “Günün sədası” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşulan ifaçı bacısının vəziyyətinin ağır olduğunu, təcili olaraq ona qaraciyər və böyrək köçürülməsi lazım gəldiyini bildirib:

 

“Son illər böyrəyindən şikayətlənirdi, deyirdi, qaraciyərim ağrıyır. Müalicə almışdı, amma son bir həftə ərzində qripə yoluxdu. Xəbərim yox idi, bir neçə gün evdə yatıb, qızdırması olub. Qızı zəng etdi mənə ki, anamın qızdırması var, əli-ayağı şişib. Gedib gördüm ki, bədəninə su gəlib. Onu dərhal özəl xəstəxanaya yatızdırdım. Qızdırmaya görə, qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib. Buna görə, damara qan getmir. Ciyərləri və böyrəyi fəaliyyətini itirib. Bu günlərdə bacardığım qədər bu məsələnin üstünə düşdüm. Həkimlər sağ olsunlar. Bu gün bacımın qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var.

 

Bacımın yanına girirəm, onunla danışıram, məni tanıyır. Görür məni ağlayır. Həkimlərlə əlaqə saxlayıram. Qızdırması yoxdur, şişi yatıb. Hələki özünə gəlib. Ölüm səviyyəsinə gələn haldan çıxıb. Bu hala düşməsinə səbəb özüdür. Bütün varlığımla inanıram ki, mənə kömək olacaqlar”./Axsam.az

Tarix: 1 Fevral 2023, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin