BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs olunan dekan bu icra başçısının yaxın qohumudur - FOTO

Həbs olunan Azərbaycan Dövlət Aqrar Universitetinin​ Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu icra başçısının qohumudur.

 

ADAU-nun həbs edilən dekanı Famil Nəsibov Xaçmaz rayonunun icra başçısı Elnur Rzayevin yaxın qohumudur. Onlar dayıoğlu-bibioğludurlar.

 

F.Nəsibov həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev ilə də dayıoğlu-bibioğludur. Bayandur Rzayev Elnur Rzayevin qardaşdır.

 

Məsələyə Elnur Rzayevin mövqeyini öyrənmək üçün Xaçmaz rayon icra hakimiyyəti ilə saxladıq. Lakin möqve bildirən olmadı.

 

Qeyd edək ki, Famil Nəsibov Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən korrupsiya əməliyyatı çərçivəsində həbs edilib./Sarkazm.az

Fotoları təqdim edirik
Tarix: 1 Fevral 2023, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin