BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Tarix: 1 Fevral 2023, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin