BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar çıxardı

Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Haclyevin barəsində seçilmiş həb qətimkan tədbirini girovluqla əvəz edilməsi ilə bağlı məhkəmə iclası keçirilib


Pravda.az-ın xəbərinə görə, bu barədə onun vəkili Aqil Layicov bildirib.


O qeyd edib ki, məhkəmə vəsatəti təmin etməyib.


Vəkilin sözlərinə görə, prosesdə Bəxtiyar Hacıyevin özü də iştirak edib. O, müvəkkilinin hələ də aclığa davam etdiyini, səhhətinin yaxşı olmadığını söyləyib.


Qeyd: Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

 

Kamal Məmmədov 

Tarix: 1 Fevral 2023, 19:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin