BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qatar kişini vurdu

Bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb.

 

Bu barədə QSC-dən məlumat verilib.

 

"Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır", - QSC-dən bildirilib.

Tarix: 1 Fevral 2023, 21:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin