BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məşhur aptekin komputer məlumatlarını ələ keçirən şəxlə bağlı QƏRAR

Ali Məhkəmədə kompyuter sisteminə qanunsuz daxil olmada təqsirləndirilən Orxan Yaqnaliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxsin kassasiya şikayəti təmin edilməyib.

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 000 manat məbləğində cərimə cəzasına məhkum olunub.

 

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılıb.

 

İttiham aktına görə, Orxan Yaqnaliyev komputer sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla orada saxlanılan komputer məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən təkrarən daxil olub. Həmçinin o, obyektinin komputer sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan komputer məlumatlarını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən ələ keçirib.

 

Belə ki, Orxan Yaqnaliyev zərərçəkmiş Elbəy Abbasova 300 manat müqabilində “Ozon optik” və “Ozon Aptek” instaqram səhifələrinin instaqram sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş və hesabın müəyyən marka və tanınmış hesab olduğunu göstərən “mavi tık” əlavə edə biləcəyini deyib.

 

Daha sonra təqsirləndirilən şəxs “Ozon optik” və “Ozon Aptek” adlı instaqram hesabının istifadəçi adı, şifrəsini və sair şəxsi məlumatları qanunsuz olaraq dəyişərək komputer sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan rəqəmsal komputer məlumatı hesab edilən sosial şəbəkənin hesabını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə ələ keçirib.

 

Orxan Yaqnaliyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, törətdiyi əməldən çox peşman olduğunu söyləyib.

 

Orxan Yaqnaliyev törətdiyi əməlin xırda qanun pozuntusu olduğunu, əməlin cinayət hesab edildiyini bilmədiyini və cinayət olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdi.

 

Kamal Məmmədov

Tarix: 2 Fevral 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin