BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaz sobasından çıxan alov onun paltarına keçib - Yaşlı qadının yanaraq ölməsinin təfərrüatı

Şəmkirdə yaşlı qadının yanaraq ölməsi ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, hadisə fevralın 1-də rayonun Mahmudlu kəndində qeydə alınıb.

 

Belə ki, Şəmkir rayon sakini, 1951-ci il təvəllüdlü Məmmədova Gültəkin Kamal qızı yaşadığı fərdi yaşayış evinin yataq otağında olarkən evin isidilməsi üçün orada quraşdırılmış qaz sobasından çıxan alovun onun paltarına keçməsi və görmə qabiliyyəti zəif olduğu üçün gec bilməsi nəticəsində aldığı termiki yanıq xəsarətlərindən hadisə yerində ölüb.

 

Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma  aparılır.

 

Kamal Məmmədov

Tarix: 2 Fevral 2023, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin