BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadından hədə-qorxu ilə 100 manat və mobil telefon alınıb

Bakıda qadından hədə-qorxu ilə 100 manat və mobil telefon alınıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Suraxanı rayonu ərazisində bir nəfərin paytaxt sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub.

 

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Bəşirov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Tarix: 2 Fevral 2023, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin