BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisə silahlı müqavimət göstərən şəxs “OBA” marketə oğurluğa giribmiş - VİDEO

Bakıda polisə silahlı müqavimət göstərən şəxs “OBA” marketə oğurluğa giribmiş.

 

Pravda.az-ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda yerləşən “OBA” marketdə qeydə alınıb.

 

Belə ki, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev mağazan arxa tərəfində yerləşən ehtiyat çıxışından ora girib. Xüsusi texniki vasitələrlə qorunan “OBA” marketdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

 

Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.

 

Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb.

 

Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub.

 

Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb.

 

Qeyd: Bu barədə fevralın 2-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yaymışdı. Lakin hadisənin hansı marketdə olduğu barədə qeyd olunmamışdı. DİN-in yaydığı videogörüntülərdə oğurluq hadisəninin “OBA” marketdə qeydə alındığı əks olunub.

 

Kamal Məmmədov

 

Tarix: 2 Fevral 2023, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin