BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşdiriləcək

2024-cü il və sonrakı üç il üçün orta aylıq əməkhaqqının dəqiqləşdirilmiş variantı müəyyənləşdiriləcək.

 

Pravda.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

 

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2023-cü il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.

Tarix: 2 Fevral 2023, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin