BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıda yanan yaşayış binası ilə bağlı məlumat yaydı - YENİLƏNDİ

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

10:34

 

Bakının Xətai rayonunda yaşayış binasında yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Pravda.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Tarix: 5 Aprel 2020, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin