BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacısının nişanlısını bıçaqlayan şəxs məhkəmə zalından həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elçin Ağamalıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunaraq, həbs qətimkan tədbiri seçilib. Elçin Ağamalıyev məhkəmə iclas zalından dərhal həbs edilib.

 

İttihama görə, hadisə ötən ilin avqustun 5-i saat 22:00 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən küçələrin birində qeydə alınıb.

 

Belə ki, Elçin Ağamalıyev bacısının nişanlısı Dilqəm Əliyevi bıçaqlayıb. Buna səbəb Dilqəmin nişanı qaytararaq, bacısı ilə evlənməkdən imtina etməsi olub.

 

Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs özünü və ailə üzvülərini açaldılmış, habelə zərərçəkmişin onun ünvanına "nakişi", "qeyrətsiz" və "cəsarətsiz" kimi şəxsiyyətini təhqir edici sözlər deməsindən özünü təhqir edilmiş hesab edib. Buna görə həmin şəxslərin arasında mübahisə yaranıb. Nəticədə o, mətbəx bıçağı ilə Dilqəmin sol döş, sol bazu nahiyələrinə və sol əlinə vuraraq ona xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 3 Fevral 2023, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin