BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş polisi öldürmək istəyən şəxsin istintaqı yekunlaşdı

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ələddin Əhmədlinin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən ilin oktyabrında Səbail rayonunda qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüdlü Ələddin Əhmədli vaxtilə daxili işlər orqanlarında serjant işləmiş 1995-ci il təvəllüdlü Asim Abdullazadəyə bıçaq zərbələri vurub.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Hadisə avtomobillə tərəflərin bir-birinə yol vermədiyi üçün şəxsi münasibətlər zəminində baş verib.

 

Əməldə şübhəli bilinən Ə.Əhmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 3 Fevral 2023, 09:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin