BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq vəkilin intiharı ilə bağlı araşdırma aparır

Sumqayıt şəhər prokurorluğunda vəkil Vüsal Mirzəyevin intiharı ilə bağlı araşdırma aparılır.

 

Pravda.az-a daxil olan məlumatda bildirilib ki, fevralın 5-də 1977-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Mirzəyev Vüsal Qiyas oğlu, səhər saatlarında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 16-cı məhəllədə 43A nömrəli yaşayış binasının qarşısından keçən qaz borusundan iplə özünü asaraq öldürüb.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 6 Fevral 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin