BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı: "Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır"

Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

 

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır.

 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

 

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə azı 912 nəfər ölüb, 5 385 nəfər yaralanıb. 1 710 bina dağılıb.

Tarix: 6 Fevral 2023, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin