BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəlzələdə zərər çəkən Hataydakı azərbaycanlılardan XƏBƏR VAR

Türkiyədə baş verən güclü zəlzələdə ən çox zərər çəkən ərazilərdən biri də Hataydır. Zəlzələdən sonra Hataydakı azərbaycanlıların əksəriyyətindən xəbər almaq mümkün olmayıb.

 

Bununla bağlı Pravda.az-ın əməkdaşı Azərbaycanın Türkiyədəki səfirliyinin Hatay üzrə məsul şəxsi Polad Süleymanovla əlaqə saxlayıb.

 

P.Süleymanov deyib ki, Hataydakı soydaşlarımıza kömək etmək üçün əllərindən gələni edirlər:

 

“Hatayda neçə nəfərlə əlaqə saxlamağa çalışdıq. Hələ ki bir-iki nəfərlə danışa bilmişik. Onlar yaxşıdırlar. Biri xəstəxanada həkimdir. Digəri də salamatdır. Yenə də əlaqə saxlayacağıq…”

 

Aytəkin Qardaşova

Tarix: 6 Fevral 2023, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin