BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Faiq İsmayılov: “Türkiyədəki zəlzələdə olduğu kimi o binaların biri uçsa, mütləq digərini uçura bilər...”

“Müstəqillik dövründən sonra paytaxt ərazisində çoxmərtəbəli binalar tikilməyə başladı. Bunların böyük əksəriyyəti kortəbii şəkildə tikilib. Bu binaların arasında nə məsafə var, nə də ona uyğun mühafizə ərazisi. Mühafizə ərazisinə binanın ətrafındakı kiçik parklar, idman mərkəzi, açıq havada uşaqların, yaşlıların əylənməsi üçün lazımi qaydalar daxildir. Amma Bakı şəhərinin bir çox binalarının əhatəsində buna rast gəlmirik. Bu da birmənalı şəkildə qanun pozuntusudur...”

 

Bu sözləri Pravda.az-a "Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayilov Bakıda tikilən hündürmərtəbəli binaların zəlzələyə davamlı olub-olmaması barədə danışarkən deyib.

 

“Heç sübuta belə ehtiyac yoxdur ki, 16-20 mərtəbəli binaların əksəriyyəti bir-birinə o qədər yaxın məsafədə tikilir. Allah qorusun, Türkiyədəki zəlzələdə olduğu kimi o binaların biri uçsa, mütləq digərinə təsir göstərib, onu uçura bilər. Bundan isə ən çox zərər çəkən insanlar olur. Bütün bunları düşünmək lazımdır. Artıq Bakı şəhərinin Baş Planı yekunlaşmaq üzrədir. Ümid edək ki, Baş Plana əsasən gələcəkdə şəhərsalmada bütün bunlar nəzərə alınacaq. Nəzərə alınsa, məmun olarıq”.

 

F.İsmayılov paytaxt ərazisində aşırım olan ərazilərdə hündürmərtəbəli binların tikilməsinin təhlükəli olduğunu deyib: “Həmin binalar tikilən ərazilərdə seysmik zonaların nə qədər aktiv olub-olmadığına Ekologiya və Təbii Sərvətlər Nazirliyi qərar verə bilir. Elə ərazilərimiz var, məsələn, Bayıl tərəfdə nəinki çoxmərtəbəli, heç bir-iki mərtəbəli binlar da tikmək olmaz. Çünki sürüşmə zonasıdır. Bu baxımdan, mütləq şəkildə müvafiq qurumlar dəqiq rəy verməlidirlər. Bu gün kiminsə arzusu ilə aşırım yeri daha dərin ərazidə hündürmərtəbəli bina tikilə bilməz. Bütün bunlara müvafiq təşkilatlar məsuliyyət daşıyırlar. Ekologiya və Təbii Sərvət Nazirliyi mütləq şəkildə buna rəy verməlidir. Bu, onların işi, vəzifəsidir”.

 

Aytəkin Qardaşova

Tarix: 6 Fevral 2023, 16:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin