BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu, anti-bəşəri bir yanaşmadır" - Deputatdan ermənilərin Türkiyədə baş verən zəlzələyə münasibətinə ŞƏRH

Türkiyədə baş verən zəlzələ dünyanı sarsıtdığı halda, mənfur düşmənlərimiz ermənilərin təbliğat maşınını növbəti dəfə işə saldı. Ermənilər qardaş Türkiyədəki təbii fəlakətlə bağlı “sevinc dolu” sosial şəbəkə paylaşımları ilə bir daha iç üzlərini ortaya qoydular. Erməni jurnalist Artur Maqakianın “Twitter”də “icazə verin, xatırladım ki, zəlzələdən zərər çəkən ərazilərdə daha çox kürdlər yaşayır, 1915-ci il soyqırımından əvvəl orada ermənilər yaşayırdı…” paylaşımı isə soydaşlarımızın kəskin etirazı ilə qarşılandı.

 

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev Pravda.az-a açıqlamasında deyib ki, normal təfəkkürü olan insan belə düşünə bilməz.

 

“Bu, ermənilərin növbəti ifrat dərəcədə təbliğat kampaniyasıdır, çox iyrəncdir. Normal insan heç vaxt belə bir faciəyə sevinməz. Zəlzələ baş verib və burada dini-etnik kimlikdən söhbət getmir. Kim dünyasını dəyişib, hansı etnik qrup orada yaşayır... Bu, insan iradəsindən kənar texnogen prosesdir. Bundan sui-istifadə edib, öz çirkin təbliğatını aparırsansa, ən çirkin millət sənsən - erməni. 1988-ci ildə Ermənistanda Spitak şəhərində zəlzələ baş vermişdi. Baxmayaraq ki, separatçılıq elementləri hər yerdə özünü göstərirdi, Qərbi Azərbaycandan 250 mindən yuxarı soydaşımız qovulmuşdu, itkilər var idi. Amma Azərbaycan xalqı o dövrdə öz humanistliyini nümayiş etdirdi. Yüzlərlə gəncimiz Ermənistanda baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün ora yollandı. Təyyarə qəzaya uğradı, çox böyük itki verdik. Yüzə yaxın insanımız həlak oldu. Bu hadisəyə görə ermənilərin belə bir təbliğat aparması bir daha onu göstərir ki, bu millət üçün müqəddəs heç nə yoxdur. Bu “millət” başqalarının faciəsində öz xoşbəxtliyini qurmaq istəyir. Amma belə ola bilməz. Bu, anti-insani, anti-bəşəri bir yanaşmadır. Ar olsun ermənilərə! Normal söz tapmaq da çətindir. Qardaş Türkiyədə baş verən zəlzələ hər birimizi sarsıtdı. Bu, insan faciəsidir. Xeyli sayda dünyasını dəyişənlər, yaralılar, dağıntılar altında əzab çəkənlər var. Dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara tezliklə şəfa tapmalarını diləyirəm. Türkiyənin başı sağolsun. Arzu edirəm ki, bu texnogen hadisənin nəticəsində yaranmış fəsadlar aradan qaldırılsın. Həyat öz normal axarına düşsün”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 6 Fevral 2023, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin