BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qəzada ikisi polis olmaqla 4 nəfər xəsarət alıb - ADLAR

Bakıda Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alanların sayı artıb.

 

Qəza zamanı xəsarət alan 4 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Xəstəxanın növbətçi həkiminin APA-ya verdiyi məlumata görə, xəsarət alan ikisi polisdir. Onlar Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarıdır. Xəsarət alanların adları aşağıdakılardır:

 

Eldar Hacıyev (polis-sürücü);

 

Taleh Əlizadə (polis).

 

“Chevrolet”də olanlar:

 

Sadiq Abbasov;

 

Arif Məmmədzadə.

 

Onlardan A.Məmmədzadəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Tarix: 7 Fevral 2023, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin