BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu qətlə yetirən şəxsdən xəbər var

Gəncədə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Ramil Musayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Mikayıl Məmmədzadənin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Ötən il oktyabrın 6-sı saat 10 radələrində Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Anar Hüseynovun almış olduğu xəsarət nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ramil Musayevin oktyabrın 5-i axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Anar Hüseynova kəsici-deşici alətlə xəsarət yetirib, sonuncu almış olduğu xəsarət nəticəsində qeyd edilən tarixdə ölüb.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Ramil Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 7 Fevral 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin