BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisin iştirakı ilə baş verən qəza ilə bağlı cinayət işi başlandı

Polisin iştirakı ilə baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

 

Pravda.az-ın xəbərinə görə, fevralın 6-da, saat 10:30-da Qəbələ şəhəri, 28 May küçəsinin, Qəbələ Reabilitasiya Mərkəzinin qarşısından keçəni hissəsində sürücü, 1982-ci il təvəllüdlü Bakı Metropoliteninin Mühafizəsi üzrə polis şöbəsinin polis nəfəri, polis serjantı Məmmədov Mənsur Rəmzi oğlunun idarəetmə hüququ olmaqla Qəbələ şəhəri istiqamətində etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olmaqla qarşıdan gələn, 1957-ci il təvəllüdlü Məmmədov Rəhim Rəşid oğlunun idarəetmə hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı avtomobilin və 23.03.1965-ci il təvəllüdlü Mikayılov Ələsgər İmam oğlunun idarəetmə hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı avtomobilin toqquşması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin görülmüş tibbi tədbirlərə baxmayaraq sürücü Rəhim Məmmədov xəstəxanada ölüb.

 

Faktla bağlı QəbələRPŞ-nin istintaq bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 7 Fevral 2023, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin