BURADA REKLAMINIZ OLA
BİLƏR

Goranboyda sərnişinin ölümünə səbəb olan sürücünün istintaqı yekunlaşdı

Goranboyda bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Ədalət Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Ötən il oktyabrın 21-də saat 18 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində rayon sakini Ədalət Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi “Niva” markalı avtomobili 5-60 metr məsafədən dərəyə aşırıb.

 

Nəticədə sərnişini, 1983-cü il təvəllüdlü Goranboy sakini Habil Şəmilov hadisə yerində ölüb.

 

Daha sonra Ədalət Qurbanov cinayət məsuliyyətinə cəlb olunub.

 

Kamal Məmmədov

Tarix: 7 Fevral 2023, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin