BURADA REKLAMINIZ OLA
BİLƏR

Kahramanmaraşda Milli Məclisin deputatının bacısı qızı da xilas edildi

Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələdən xilas olan azərbaycanlılardan biri də Milli Məclisin deputatı Tahir Kərimlinin bacısı qızıdır.

 

Bu barədə Pravda.az-a T.Kərimlinin özü məlumat verib.

Deputat bildirib ki, bacısı qızı hazırda sağ salamatdır: “Türkiyənin zəlzələ baş verən Kahramanmaraş şəhərində yaşayan bacım qızı İlahə xanım sağ salamatdır. Hazırda çox güclü qar yağır. Ona görə də bacımın uşaqları maşının içində gecələyiblər. Binalarına daxil olmağa icazə vermirlər. Çünki hər an uçma təhlükəsi ola bilər. Digə azərbaycanlılar da onlarla əlaqə yaradırlar. İlahə xanım öz ailəsi ilə birlikdə Kahramanmaraşda yaşayır. Bütün qohumları türk əsillidir. Onlar da Türkiyədəki zəlzələdə zərər çəkən azərbaycanlılara və digərlərinə əllərindən gələn yardımı edirlər. Çox çabalayırlar. Mütəmadi əlaqə saxlayırıq. Bu, böyük dərddir, faciədir, bunu bir yerdə adlayaq. Ölənlərə Allahdan rəhmət diləyir, yaralılara tez sağalmalarını arzu edirəm. Məlumdur ki, digər yerlərdə yaşayan azərbaycanlılar da sağ salamatdırlar. Hamıya salamatlıq arzulayıram. Bu, tək Türkiyənin deyil, bütün Türk Dünyasının, bəşərin böyük faciəsidir. Allahın izni ilə böyük türk xalqının bu dərdin də öhdəsindən gələcəyini bilirəm. İnanırıq ki, hər şey yaxşı olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 7 Fevral 2023, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin