BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə dağıntılar altında qalan insanları məsxərəyə qoyan şəxs saxlanıldı - VİDEO

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında kömək gözləyən insanlara zəng edərək onları məsxərəyə qoyan şəxs saxlanılıb.

 

Belə ki, 17 yaşlı Selman Altunbaş Kahramanmaraş şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərə zəng edərək özünü xilasetmə əməkdaşı kimi təqdim edib.

 

Daha sonra onları qaldıqları yerdən qurtaracağını bildirib və gülərək həmin insanları məsxərəyə qoyub.

 

Türkiyə polisi tərəfindən həyata keçirilən axtarış nəticəsində Selman Altunbaş saxlanılıb./Oxu.az

 

Tarix: 7 Fevral 2023, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin