BURADA REKLAMINIZ OLA
BİLƏR

"Allah bu binaları tikənləri hidayət etsin"

"Çox ağır faciə ilə üzüzə qalmışıq. Bu ağır faciədən alnıaçıq çıxacağıq. Vəfat edən vətəndaşlara Allah rəhmət eləsin. Dağıntılar altında yardım gözləyənlərə Allah işıq göstərsin. Hava çox soyuqdur".

 

Bu sözləri Xalq artisti Azərin "Səhər mərkəzi" verilişində deyib. Telefonla proqrama bağlanan müğənni səhər saatlarında zəlzələni hiss etdiklərini açıqlayıb:

 

"Kahramanmaraşda konsertim olmalı idi. Ayın 5-də getməliydim. Əvvəldən bəlli idi ki, hava soyuq olacaq. Çətinlik olmasın deyə, tez getmək təklif olunmuşdu. İmkanımız olmadığı üçün 5-də yox, 6-da yola çıxmaq qərarı verdik. Səhər saat 4-dən durub hazırlaşırdıq ki, gedək. Səhər 5-in yarısında evdə çilçıraqlar silkələndi. İnternetə girdim və Kahramanmaraşda zəlzələ göstərdi. Zəng vurub maraqlandıq, ağlayaraq dedilər ki, binalar çöküb".

 

Müğənni dağılan binaları tikən şirkətlərə səslənərək "Allah bu binaları tikənləri hidayət etsin. 3 ilin binası çöküb. Bundan nəticə çıxaraq. Bundan sonra dayanıqlı binalar tikilsin. İnsan həyatıdır, belə olmamalıdır" sözlərini əlavə edib./Axsam.az

Tarix: 7 Fevral 2023, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin