BURADA REKLAMINIZ OLA
BİLƏR

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü ötdü

Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 600- ü keçib.

 

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.

 

O qeyd edib ki, hadisə nəticəsində 1602 nəfər ölüb, 3 649 nəfər yaralanıb və 175 bina uçub.

 

Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

 

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

 

Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb./Report

Tarix: 7 Fevral 2023, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin