BURADA REKLAMINIZ OLA
BİLƏR

Ombudsman Hadrutda hərbi hissəyə başçəkmə həyata keçirdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, 6 fevral tarixində Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Hadrud Qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.

 

Ombudsman Aparatından Pravda.az-a verilən məlumata görə, başçəkmə zamanı Ombudsman ilk öncə hərbi hissənin ərazisində yerləşən “Dəmir Yumruq” büstünü və şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, şəhidlərin əziz xatirəsini yad edib.

 

2-ci Ordu Korpusunun komandiri Mayis Bərxudarov qonaqlara hərbi hissəsinin yaranması və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Ombudsman “N” saylı hərbi hissənin “Şərəf kitabı”na öz ürək sözlərini yazıb.

 

Səbinə Əliyeva və Aparatın əməkdaşları hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxanaya, yeməkxanaya və hərbi sirr təşkil etməyən digər obyektlərə də baş çəkiblər. Müvəkkil həmin ərazidə yerləşən Hadrud Hərbi Hospitalında olub, orada müalicə alan hərbi qulluqçuların sağlamlıq vəziyyətləri ilə maraqlanıb, tibbi personalla görüşüb və onlara xidmətlərində uğurlar arzu edib.

 

Ombudsman hərbi hissənin yeməkxanasında hərbi qulluqçularımızla birlikdə nahar edib.

 

Səbinə Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib, hərbi hissənin şəxsi heyəti ilə xatirə şəkli çəkdirib.

 

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Tarix: 7 Fevral 2023, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin