BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan xilasediciləri tərəfindən 3 nəfər dağıntılar altından sağ çıxarıldı

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ baş vermiş bölgədə 3 nəfəri dağıntılar altından sağ çıxarıb, habelə 10 nəfərin cəsədini çıxarıblar.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Məlumatda xatırladılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

 

FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Tarix: 7 Fevral 2023, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin