BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin zəlzələ bölgəsində dənizin səviyyəsi qalxıb, küçələri su basdı

Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb.

 

Bu barədə “Habertürk” məlumat yayıb.

 

Bildirilib ki, zəlzələlərdən sonra İskəndərunun bəzi küçələri su altında qalıb və bu səbəbdən də bölgədə nəqliyyat sıxlığı meydana gəlib. Yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönəldir.

 

Qeyd olunub ki, yalnız yollar su altında qalıb, evləri su basması barədə məlumat yoxdur./APA

Tarix: 7 Fevral 2023, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin