BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaurun adından dələduzluq

Aparıcı Zaur Baxşəliyevin adından dələduzluq edilib.

 

Aparıcı bu haqda özü məlumat yayıb. Zaur "Bizimləsən" verilişində bildirib ki, Daxili İşlər Nazirliyinə müraciət edib:

 

"Tanıdığım bütün həkimlərə yaxınlaşır ki, Zaurun səhifəsində yarış keçirəcəyik. Kart atır və pul alır. Heç bilmirəm ki, "giveaway" nədir və heç vaxt bunu etməyəcəyəm. Hüseyn adlı şəxsdir, verilişə gələn həkimlərə də zəng edir. Səhifəmi montaj edib, guya, mən paylaşmışam. Deyir ki, məni Zaur göndərib, köməkçisiyəm. Bu günlərdə isə bizim yanımızda olan bir həkimə zəng vurub. Adam deyir ki, Zaur mənim yanımdadır. O isə dirəşib ki, yox, mənimlədir Zaur. Həmin şəxsin şəkillərini, hər şeyi polisə vermişəm"./Axsam.az

Tarix: 7 Fevral 2023, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin