BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR hava şəraiti ilə bağlı dəniz obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirib

Bu gün axşam saatlarından fevralın 10-u gündüz saatlarınadək hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.


Pravda.az xəbər verir ki, bu barədə Pravda az-a SOCAR-dan bildirilib.


Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.


Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün günün ikinci yarısından başlayaraq fevralın 10-u gündüzədək Xəzər dəniz akvatoriyasında şimal-qərb-şimal küləyinin sürətinin 18-23 ms, arabir 25-28 ms-dək güclənəcəyini açıqlayıb. Proqnoza əsasən, külək fevralın 8-i gündüzdən 9-u gündüzədək açıq dənizdə arabir 30-35 ms qədər güclənəcək. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı bildirilib.

Tarix: 7 Fevral 2023, 18:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin